25 il Qubadlısız...


Digərləri 31 Avq 2018 00:01:00 275 0

25 il Qubadlısız...

Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.

Bakı. Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür. Trend-in məlumatına görə, Qubadlı rayonu erməni işğalçıları tərəfindən 31 avqust 1993-cü ildə zəbt olunub. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır. Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.