Sevgilinizlə barışmağın


Digərləri 30 Avq 2018 23:35:00 290 0

Sevgilinizlə barışmağın

İki insan arasındakı münasibət onların fərqləri ilə güclü olur. İstər dostluq olsun, istər sevgi, istərsə də evlilik - uğurlu münasibətin sirri varmı? Hər şeyi qaydasında saxlamaq üçün hansısa yollar mövcuddurmu?

Həyatınızda əsas yeri tutan münasibətləri sağlam tutmaq üçün sizə bir neçə praktik məsləhətlər təqdim edirik.

1. Özünüzə hörmətlə yanaşın

Özünü münasibətə qurban vermək asandır, amma bəzən bir müddət sonra, məğlub olduğunu zənn edərsən.

Həm özün, həm də partnyoruna sərbəstlik tanımaq son dərəcə vacib məsələdir. Hobbi və maraqlarınızı qoruyun və sizin üçün əhəmiyyət daşıyan şeylərdən imtina etməyin.

BBC Radio 4-ün Something Understood verilişinin aparıcısı ravvin Harvey Belovski özümüzü tanımaq və dəyər verməyin əhəmiyyətini anlayır: "Yaxşı münasibətlərin yalnız şəxsi inkişafa zəmin yaradan və buna həvəsləndirən münasibətlər olduğuna inanıram. Partnyoru sıxmaq yox, sağlam və kamil münasibət bəsləmək lazımdır."

Ayrı vaxt keçirin və birlikdə keçdiryiniz vaxt daha da keyfiyyətli alınacaq.

2. Mübahisədən çəkinməyin

Fərqlilik və fərdin müxtəlifliyi anlaşılmazlıqlarla nəticələnə bilər. Lakin partnyorluq və ya dostluqda mübahisələr heç də pis hal sayılmamalıdır.

Münasibətlərimiz aramızdakı fərqlər sayəsində güclənir və inkişaf edir və partnyorluq müxaliflikdən doğur.

Əsas məsələ həmin mübahisə ilə necə başa çıxdığınızdan asılıdır. Tanınmış cütlük terapevti Esther Perel, mübahisəni həll etmək üçün anlayış duyğusunun əhəmiyyətinə inanır.

"Qarşınızdakı insanın nələr yaşadığını qəbul edin", anlayış göstərin və üzləşdiyiniz problemlərdəki payınıza məsuliyyətlə yanaşın, Esther vurğulayır.

Qarşı tərəfin yanlış hərəkətlərinə köklənməkdənsə, özünüzə sual edin: mən nəyi yanlış edirəm və necə dəyişə bilərəm?

3. Birlikdə əylənin

"Birgə keyfiyyətli vaxt keçirin" köhnə deyim olsa da, aktuallığını heç vaxt itirmir. Münasibətinizi birgə bazarlıq və ev təmizləməklə tamamlanan bir hala gətirməyin.

Bir-birinizdən həzz almaq və maraqlı anları paylaşmaq üçün müəyyən vaxt sərf edin - yaxşı şam yeməyi, akvariuma səyahət, yataqda tənbəl səhər yeməyi.

İşi çox olan dostlarla vaxt keçirməyə zaman ayırmaq xüsusilə çətin ola bilər, ona görə də mütəmadi bir tarix seçməyi sınayın: hər ayın üçüncü çərşənbə axşamı Hind şam yeməyi və ya illik düşərgə.

4. Fikirlərinizi aydın ifadə edin

Sadə anlaşılmazlıqlardan yaranan nə qədər mübahisəniz olub? Narazılıq və mübahisələrdən yayınmağın əsas yolu fikirləri aydın və effektiv şəkildə ifadə etməkdir.

İsmarış və ya e-maili göndərməmişdən əvvəl bir daha oxuyun - nə demək istədiyiniz anlaşılacaqmı? Əgər əmin deyilsinizsə, üz-üzə söhbət və ya FaceTime ilə zəng etməyi sınayın.

5. Bir nəfərin sizin "hər şeyiniz" olacağını gözləməyin