Bədr döyüşü iştirakçılarının QədirXum xatirələri


Digərləri 30 Avq 2018 23:40:00 302 0

Bədr döyüşü iştirakçılarının QədirXum xatirələri

Əbdurrəhman ibn əbi Leyla nəql edir: "Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm: "Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin (s) "mən kimin mövlasıyamsa Əli onun mövlasıdır" kəlamını eşidibsə durub şəhadət versin". Bədr iştirakçılarından olan on iki nəfər - sanki onlar bir-bir indi də gözüm önündədirlər - durub dedilər: "Biz şəhadət veririk ki, Qədir günü Allahın Peyğəmbərinin (s) belə buyurduğunu eşitmişik: "Mən möminlərdən daha layiqli deyiləm?...." Biz dedik: "Əlbəttə, ey Allahın Peyğəmbəri." Peyğəmbər buyurdu: "Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol!".

(Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.11, hədis 506)