Ən qiymətli sərmayə


Digərləri 30 Avq 2018 22:50:00 214 0

Ən qiymətli sərmayə

Çox vaxt millət və xalqlar arasında fərdlərin şəxsiyyəti sima, şan-şöhrət, vəzifə və var-dövlətlə dəyərləndirilir. Hakim struktur və mövcud vəziyyətdən asılı olaraq belə hallar o qədər gerçəkləşir ki, populyarlığına görə ən namussuz, ən əxlaqsızın birinə rəğbət bəslənilməsi kiməsə qəbih görünmür.

Son.az maide.az-a istinadən bildirir ki, halbuki kimlərisə bu gün başıuca edən var-dövlət sabah əldən çıxdıqda, yaxud gəncliyin təravətini yaşa dolarkən itirdikdə və yaxud zaman keçdikcə yeni rəqibləri ilə yerini dəyişərək şan-şöhrətdən düşdükdə, qiymətini itirərək unudulanların halı hamıya məlum məsələdir. Nadan insan daim bu nisbi ölçülərin qurbanıdır və onları şövq və rəğbətlə arzulayanlar da nə qədər dardüşüncəlidirlər.

İslamda hər hansı təbii-fitri potensial və istedad yerində qiymətləndirilsə də, heç vaxt şəxsiyyət meyarı sanılmır və sadəcə Yaradanın bəxş etdiyi nemətlər adlanır. Dəyər və qiymət isə yalnız Onun dərgahında təqva, bəyənilən duyğular, fikirlər və əməllərlədir. Allah-Taala Qurani-Kərimin "Hücurat" surəsinin 13-cü ayəsində buyurur:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır (Allahdan ən çox qorxanınızdır). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır."