Cənubi koreyalılar BMW şirkətini məhkəməyə verir


Dünya 30 Avq 2018 22:06:00 233 0

Cənubi koreyalılar BMW şirkətini məhkəməyə verir

Cənubi Koreyada yüzlərlə BMW sahibi istehsalçı şirkəti məhkəməyə verməyə hazırlaşır. Səbəb avtomobillərin mühərrik sistemində olan nasazlığın aradan qaldırılması ilə əlaqədar yaranan xərclər və mənəvi ziyandır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı BMW avtomobillərindən şikayətçi olanların vəkillər qrupu yayıb. Bildirilir ki, cari ildə Cənubi Koreyada 40-a yaxın BMW avtomobilinin mühərrikinin alışması ilə bağlı hallar bu növ nəqliyyat vasitəsi sahibi olanları narahat edib. BMW sahibi olan 1226 nəfər istehsalçı şirkətdən hər adama 15 milyon Koreya vonu (təxminın 13,5 min ABŞ dolları) kompensasiya tələb edirlər.