Serj Sarqsyan fırıldaqçılıqda şübhəli bilinir


Dünya 30 Avq 2018 21:38:00 275 0

Serj Sarqsyan fırıldaqçılıqda şübhəli bilinir

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın adı banklar və müəssisələlərin səhmləri ilə fırıldaqçılıqla bağlı cinayət işində hallanır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, "Kredit Yerevan" bankı və "Lev Marsed" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin fırıldaq yolu ilə mənimsənilməsi üzrə qaldırılan cinayət işinin istintaq materiallarında iş adamının əmlakının mənimsənilməsində digərləri ilə yanaşı S. Sarqsyanın adı hallanır.