Qrant layihəsinin təqdimatı keçirilib


Digərləri 30 Avq 2018 21:25:00 216 0

Qrant layihəsinin təqdimatı keçirilib

“Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları” adlı layihənin təqdimatı ilə bağlı “Dəyirmi masa” keçirilib.

Bakı. “Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları” adlı layihənin təqdimatı ilə bağlı “Dəyirmi masa” keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, idarənin tabeliyindəki 36 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə nümayiş olunan layihə Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilib. Təbirdə Təhsil Nazirliyinin əməkdaşları, təhsil ekspertləri, məktəb direktorları iştirak ediblər.