Bakıda DƏHŞƏT: Qayınanasını öldürdü,


Digərləri 30 Avq 2018 21:13:00 392 0

Bakıda DƏHŞƏT: Qayınanasını öldürdü,

Bakıda qətl hadisəsi olub. Kişi evdən acıq edib gedən həyat yoldaşını atası gildə bıçaqlayıb. Həmin vaxt onları ayırmaq istəyən qaynanasına da bir neçə bıçaq zərbəsi vurub. Hadisə zamanı qaynana ölüb, həyat yoldaşı isə ağır yaralanıb.

Kürəkən qayınanasını qətlə yetirib, həyat yoldaşını isə ağır yaralayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ağır cinayət paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsində baş verib. Məlumata görə, 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb.

Bu hadisədən hiddətlənən Cəsarət İsgəndərov ora gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan, Cəsarət İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası Fəhminə İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi endirib. Cəsarət İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Nərimanov rayon polisi idarəsinin əməliyyatçıları çox çəkməyib ki, onu saxlayıblar.


Xəbərə aid video