Şadlıq evindən çıxan tüstü sakinləri narahat edir VİDEO


Digərləri 30 Avq 2018 21:14:00 305 0

Şadlıq evindən çıxan tüstü sakinləri narahat edir  VİDEO

Bakıda şadlıq evindən havaya buraxılan tüstü ətrafda yaşayan sakinlər üçün problemə çevrilib. Ərazidə yaşayan yüzlərlə ailə tüstü səbəbindən çətinlik çəkdiklərini, nə eyvana, nə də həyətə çıxa bildiklərini deyirlər.

Şadlıq evinin mətbəxindən çıxan tüstü ətrafı bürüyüb. Üstəlik, yaxınlıqda yerləşən yaşayış binası ilə şadlıq evinin arasında bir neçə metr məsafə var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsi Seyid Əzim Şirvani küçəsində yerləşən ''Leyla'' şadlıq sarayındandır.

Yaxınlıqdakı binada yaşayan Qanboy Fərmanov deyir ki, şadlıq sarayında toy olan zamanı mətbəxdən çıxan tüstü birbaşa onların yaşadığı binaya vurur.


Xəbərə aid video