Bakıda aptekdə psixotrop maddələr satılır? VİDEO


Digərləri 30 Avq 2018 21:17:00 257 0

Bakıda aptekdə psixotrop maddələr satılır?  VİDEO

Bakıda apteklərin birində psixotrop maddələrin reseptsiz satılması barədə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə və narahatlığa səbəb olub. Vətəndaş çəkdiyi videoda Nobel prospektində yerləşən aptekdə psixotrop maddə sayılan tramadolun yeniyetmələrə reseptsiz şəkildə satıldığını iddia edir. Əməkdaşlarımız bu gün həmin iddia ilə bağlı sözügedən aptekdə olublar. Qarşılaşdıqları mənzərə isə sizi də təəccübləndirəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əlində psixotrop maddə olan tramadolun boş qabını tutan vətəndaş qarşıdakı aptekdə bu dərmanın resept tələb edilmədən yeniyetmə və gənclərə satıldığını deyir.

Sözügedən video ilə bağlı biz də həmin aptekə baş çəkdik. İlk baxışdan adi aptek təəssüratı yaratsa da, ətrafında olan mənzərə tamam fərqli təsir bağışlayır.

Ətrafda yaşayan sakinlər də yaranan bu mənzərədən narahatdırlar. Sakinlər hər axşam aptekin qarşısının yeniyetmələrlə dolu olduğunu və onların "tramadol" adlı dərmanı rahatlıqla əldə etdiyini deyirlər.


Xəbərə aid video