Bakı yenə toza büründü


Digərləri 30 Avq 2018 21:03:00 346 0

Bakı yenə toza büründü

Paytaxt Bakıda havada olan tozun miqdarı normadan dəfələrlə çoxdur. Nazirliyin apardığı monitorinqin nəticələri də bunu təsdiq edib. Bu cür hava şəraiti meteohəssas şəxslər üçünsə risk yaradır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu gün Bakıda və Abşeron yarmadasında havada olan tozun miqdarı sanitary normadan xeyli artıq olub. Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanın daxil olmasıdır.

Tozlu hava şəraiti ilə əlaqədar olaraq milli monitorinq departamenti gücləndirilmiş iş rejiminə keçib və hər üç saatdan bir monitorinqlər aparılır.


Xəbərə aid video