Suda çimərkən ehtiyatsızlıq və diqqətsizlik ölümlə nəticələnir VİDEO


Digərləri 30 Avq 2018 21:07:00 291 0

Suda çimərkən ehtiyatsızlıq və diqqətsizlik ölümlə nəticələnir  VİDEO

Edilən xəbərdarlıqlara baxmayaraq, qadağan olunmuş çay və kanallarda yenə də çimənlər var. Bu da bir çox hallarda batma və boğulma ilə nəticələnir. Tovuz, Qazax və Mingəçevirdə 3 gənc suda boğulub. Onların cəsədlərinin axtarışları davam edir.

Suda çimərkən ehtiyatsızlıq və diqqətsizlik ölümlə nəticələnir.

Tovuzda gənc oğlan çayda batıb. Rayonun Cəlilli kənd sakini 20 yaşlı Elxan Quliyev Kürün rayonun Hunanlar kəndi ərazisindən keçən hissəsində çimərkən boğulub. O, çay kənarına dostları ilə istirahətə gedib və suya girib, bir müddət çimdikdən sonra isə yorulub və batıb.

Qazaxda isə 19 yaşlı gənc sulara qərq olub. Hadisə Kür çayının rayonun yuxarı salahlı kəndindən keçən hissəsində qeydə alınıb. Kənd sakini Orxan İbrahimov çayda çimərkən batıb. faktla bağlı araşdırma aparılır.