Sərxoş olub qonşusunun mağazasını qarət etdi VİDEO


Digərləri 30 Avq 2018 21:08:00 240 0

Sərxoş olub qonşusunun mağazasını qarət etdi  VİDEO

Sərxoş şəxs qonşusunun mağazasını qarət edib. Hadisə Şəmkirdə olub. Polisin müəyən etdiyi həmin şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şəmkir rayonunun Kür qəsəbə sakini Xəyal Məmmədova məxsus mağazadan oğurluq edilib. Cinayətdən səhər saatlarında xəbər tutan zərərçəkən Şəmkir rayon polis şöbəsinin Kür bölməsinə ərizə ilə mürcaiət edib. Dərhal hərəkətə keçən əməliyyatçılar qarətçinin o qədər də uzaqda yaşamadığnı müəyən ediblər.

Şöbəyə dəvət olunan 28 yaşlı Məmməd Mamedov əməlini etiraf edib. O mağazadan oğurladığı əşyalardan birini, müşahidə kamerasının yaddaş qurğusunu istintaqa təqdim edib.