Bu boru əsl təhlükə mənbəyidir VİDEO


Digərləri 30 Avq 2018 21:09:00 319 0

Bu boru əsl təhlükə mənbəyidir  VİDEO

Paytaxtın Nizami rayonunda yaşayış binasının yağış sularının axıdılması üçün nəzərdə tutulmuş borusu yaxınlıqdakı ağacın üzərinə düşüb. Boru hər an səkidən keçən piyadaların, yaxud da avtomobillərin üzərinə aşa bilər. Sakinlərin iddialarına görə, boru təxminən 1 həftədir ki, bu vəziyyətddədir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, binadan qoparaq ağacın üzərinə düşən bu boru əsl təhlükə mənbəyidir.

Görüntülər paytaxtın Nizami rayonu Kamil Balakişiyev küçəsi ilə Əli Vəliyev küçəsinin kəsişməsində yerləşən 3 saylı binadandır.

Yağış sularının axıdılması üçün nəzərdə tutulan və binaya bitişik boru yerindən qoparaq ağacın üzərinə düşüb. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, külək borunu hər an yerə sala bilər.


Xəbərə aid video