Qəbələdə sevgililərin intiharı ilə bağlı


Digərləri 30 Avq 2018 20:40:00 275 0

Qəbələdə sevgililərin intiharı ilə bağlı

Qəbələ rayonunda sevgililərin ölümü ilə bağlı təfərrüat məlum olub.

Son.az Report-a istinadən bildirir ki, avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.

Yerli sakinlər "Report"un bölgə müxbirinə bildiriblər ki, qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olublar və evlənmək istəyiblər. Lakin oğlanın valideynləri bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar verdikləri güman edilir.