Azərbaycan məhsulları “6-cı Çin-Avrasiya” sərgisində təqdim olunur


Digərləri 30 Avq 2018 20:38:43 248 0

Azərbaycan məhsulları “6-cı Çin-Avrasiya” sərgisində təqdim olunur

Çinin Urumçi şəhərində “6-cı Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb.

Bakı. Çinin Urumçi şəhərində “6-cı Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.