Azərbaycanda hotel və hostellərin sayında artım var –


Digərləri 30 Avq 2018 20:06:00 278 0

Azərbaycanda hotel və hostellərin sayında artım var –

Azərbaycana turist axınının artması hotel və hostellərin də çoxalmasına da müsbət təsir göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxt Bakı daxil olmaqla, bir çox turizm bölgələrimizdə bu istiqamətdə tikinti işləri artıb.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov Trend-ə açıqlamasında bildirib ki, hazırda ölkədə bu sahənin inkişafı sahibkarların maraq dairəsindədir.

N.Bağırov ən çox turist qəbul edən zona kimi Qəbələdə hotel və hostellərin artdığını vurğulayıb:

"Paytaxt kimi, Qəbələdə də hotel və hostellərin tikintisi sürətlə irəliləyir. Əgər Azərbaycanda turizmi bu şəkildə inkişaf etdirib qorusaq, yaxın bir-iki il ərzində ölkəyə gələn turistlər üçün əlverişli şərait yaranacaq".