Toksikoloq Bakı sakinlərinə xəbərdarlıq etdi:


Digərləri 30 Avq 2018 18:30:00 193 0

Toksikoloq Bakı sakinlərinə xəbərdarlıq etdi:

Türkmənistan Bakıya gələn toz dumanı sanitar normaları 5 dəfə aşıb. Bununla bağlı insanların səhhəti üçün də müəyyən mənada təhlükə ola bilər. Bakıda bu günlərdə küçədə tibbi maska taxaraq gəzmək tövsiyyə olunur.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı toksikoloq İsmayıl Əfəndiyev haqqın.az-a açıqlama verib:

"Alov qüllələrini belə görünməz edən toz dumana Bakıda gedən çoxsaylı tikinti işlərinin tozu da qarışıb. Hava ilə qarışan toz hissəcikləri xroniki tənəffüs xəstəliklərini kəskinləşdirə bilər. Müxtəlif allergiyalar, konyuktivit, astma tutmaları çoxalacaq. Benzinin bahalaşması ilə bağlı çox sürücülər dizelə keçir. Bu yanacağın şəhər daxilində çox istifadəsi isə insan səhhəti üçün zərərlidir.