Mərdəkan bələdiyyəsinin sədri cərimələnib


Digərləri 30 Avq 2018 18:11:00 221 0

Mərdəkan bələdiyyəsinin sədri cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 28 May küçəsi ilə A.Aslanov küçələrinin kəsişməsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi məlum olub.

Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib.