Hərbi helikopter qəzaya düşdü


Dünya 30 Avq 2018 17:46:00 247 0

Hərbi helikopter qəzaya düşdü

Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb.

Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.