Gənc ailə qəzaya düşdü:


Dünya 30 Avq 2018 17:24:00 279 0

Gənc ailə qəzaya düşdü:

Türkiyənin Karaman rayonunda avtomobil qəzası zamanı yaralanan 8 aylıq hamilə qadın qarnındakı körpəsi ilə birgə dünyasını dəyişib.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, 25 yaşlı gənc ananın əməliyatla qarnından çıxarılan körpəsi qucağında dəfn edilib.

Uşağın anasının qucağında dəfn edildiyi mənzərə isə yaxınlarını daha da üzüb.

Qeyd edək ki, qəzadan sonra ər-arvad Konyada ayrı xəstəxanalarda müalicə olunurdular. Qəzada sol qolu qırılan Bünyamin Özköylü, xəstə yatağından qalxıb, vəziyyətindən narahat olduğu hamilə həyat yoldaşını görmək üçün yatdığı xəstəxanaya gedib. Burada bir müddət həyat yoldaşının yanında duran Bünyamin Özköylü, sonra xəstəxandan gedib. Ziyarət zamanı çəkilən fotoda cütlüyün bir-birinin gözlərinin içinə baxması diqqətlərdən qaçmayıb.

Məhəmməd Vaqif Son.az


Xəbərə aid fotolar