Amerikalı futbolçu karyerasını başa vurdu


İdman 30 Avq 2018 17:19:00 192 0

Amerikalı futbolçu karyerasını başa vurdu

ABŞ millisinin üzvü Klint Dempsi futbolçu karyerasını bitirib. Goal.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib. O, karyerası ərzində Fulham, Tottenham kimi klubların şərəfini qoruyub. Dempsinin son iş yeri MLS-də mübarizə aparan Seatlle Sounders klubu olub.

İngiltərə Premyer Liqasında 72 qol vuran Dempsi, ABŞ futbol tarixinin ən çox qol vuran futbolçusu ünvanına sahibdir. 35 yaşlı futbolçu ABŞ yığması ilə 141 oyunda iştirak edib və 57 qola imza atıb.