BakıQuba yolunda raket tapıldı


Digərləri 30 Avq 2018 17:08:00 259 0

BakıQuba yolunda raket tapıldı

Xızı rayonunun Giləzi qəsəbəsində raket tapılıb.

Son.az bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən Report-a verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar