Ukraynadan Azərbaycana külli miqdarda at əti idxalının qarşısı alınıb


Digərləri 30 Avq 2018 16:50:00 252 0

Ukraynadan Azərbaycana külli miqdarda at əti idxalının qarşısı alınıb

AQTA ölkəyə külli miqdarda at əti idxalının qarşısını alıb.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi (AQTA), “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstan Respublikasının “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq, beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycan Respublikasına ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb. Agentlikdən Trend-ə verilən məlumata görə, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, Agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.