Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiya hazırlayacaq


Digərləri 30 Avq 2018 16:44:00 309 0

Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiya hazırlayacaq

"Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasını planlaşdırır".

Son.az xəbər verir ki, bunu Trend-ə bankın baş ofisindən bildiriblər.

Bank nümayəndəsi bildirib ki, Azərbaycan üzrə yeni strategiyanın hazırlanması QDTİB-in ümumi strategiyası yekunlaşdırıldıqdan sonra başlanacaq: "Cari ilin iyulun ayının ortalarından bankda rəhbərliyinin planlı rotasiyası keçirilir. İyulun 16-dan QDTİB-in yeni prezidenti - Rusiyadan Dmitri Pankin və bank məsələləri üzrə yeni vitse-prezident - Türkiyədə Həsən Dəmirxan fəaliyyətə başlayıblar. Sentyabrda biz maliyyə məsələləri üzrə Ukraynadan yeni vitse-prezidentin gəlməsini gözləyirik. Hazırda QDTİB-in 2019-2022-ci illər üçün bütün üzv ölkələrin hakimiyyətləri ilə razılaşdırılacaq yeni strategiyasını hazırlayırıq. Məhz bu yeni ümumi strategiya əsasında bank, Azərbaycan daxil olmaqla, ayrı-ayrı ölkələr üzrə strategiyalar qəbul edəcək".