Kriştianu Ronaldunun xanımı qırmızı xalıda


Digərləri 30 Avq 2018 16:20:00 316 0

Kriştianu Ronaldunun xanımı qırmızı xalıda

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun qeyri-rəsmi nikahda olduğu xanımı Corcina Rodriges İtaliyanın Venesiya şəhərində keçirilən 75-ci beynəlxalq kinofestivala qatılıb.

Son.az TMZ-yə istinadən bildirir ki, festivalın Lido adasındakı təntənəli açılış mərasimində qırmızı xalıya çıxan 24 yaşlı argentinalı model "Twinset" brendinin istehsalı olan şəffaf, krujevalı geyimdə idi.

C.Rodriges ötən ilin noyabrın 12-də Alana Martina adlı qızını dünyaya gətirib.


Xəbərə aid fotolar