Sabiq FİFA məmuruna hökm oxundu


İdman 30 Avq 2018 15:55:00 250 0

Sabiq FİFA məmuruna hökm oxundu

Nyu-Yorkun Bruklin məhkəməsi FİFA-nın sabiq vitse-prezidenti Xuan Anxel Napout barədə hökm çıxarıb. Goal.az xəbər verir ki, məhkəmənin hökmü ilə Napout 9 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, paraqvaylı funksioner 1,1 milyon avro cərimə də edilib.

Napout FİFA-da aparılan korrupsiya əməliyyatlarından sonra həbs edilmişdi. O, 2015-ci ildə Sürixdə keçirilən əməliyyatdan sonra saxlanılan 7 FİFA funksionerindən biri idi.