Dövlət qurumlarının saytları ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb


Digərləri 30 Avq 2018 14:59:50 222 0

Dövlət qurumlarının saytları ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb

Dövlət qurumlarının saytları ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb.

Bakı. Samir Əli - Bu gün "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili" mövzusunda tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri iştirak ediblər. "Azadinform.az" saytının baş redaktoru Niyaz Niftiyev bildirib ki, tədbiri keçirməkdə məqsəd qurumlar tərəfindən KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmə aparmaqdır: "Bildiyiniz kimi, Mərkəz tərəfindən dövlət qurumlarının internet resurslarının fəaliyyəti və mətbuat xidmətlərinin vətəndaşların suallarının cavablandırılması istiqamətində monitorinq həyata keçirilir. Artıq bundan əvvəl ilk monitorinqimizi təqdim etmişik. Bu gün ikinci monitorinqin nəticələri elan olunacaq ki, orada 13 dövlət qurumunun fəaliyyəti ilə bağlı qiymətləndirmə ilə tanış olacaqsınız".