Barcelona 19 yaşlı futbolçu transfer etdi


İdman 30 Avq 2018 14:37:00 226 0

Barcelona 19 yaşlı futbolçu transfer etdi

Barselona növbəti transferini həyata keçirib.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi Uruqvayın Boston River klubunda çıxış edən Ronald Arauxonu heyətinə cəlb edib. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.Barcelona bu transfer üçün Uruqvay klubuna 1.7 milyon avro ödəyib.

Qeyd edək ki, Arauxo Uruqvayın U-19 millisinin kapitanıdır.