Paytaxtın ən seçilən premium yaşayış kompleksi: “Renessans Palace” (FOTO)


Digərləri 30 Avq 2018 13:45:20 291 0

Paytaxtın ən seçilən premium yaşayış kompleksi: “Renessans Palace” (FOTO)

Paytaxtda inşa edilən premium sinif yaşayış kompleksləri arasında Yasamalda yerləşən “Renessans Palace” xüsusi ilə seçilir.

Bakı. Paytaxtda inşa edilən premium sinif yaşayış kompleksləri arasında Yasamalda yerləşən “Renessans Palace” xüsusi ilə seçilir. Dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatə edən kompleks özünə xas üstünlüklərlə, premium kateqoriya üçün tələbləri ödəməsi ilə şəhərin digər yaşayış komplekslərindən fərqlənir. Ətraf mühit İlk olaraq “Renessans Palace” yerləşməsinə görə önə çıxır. Məlumdur ki, premium yaşayış kompleksləri şəhərin sakit hissələrində yerləşərək mərkəzdən nisbətən aralı olurlar. Yasamal rayonunda Musabəyov parkı yaxınlığında Zahid Xəlilov küçəsi ilə Həsən Məcidov küçəsinin kəsişməsində yerləşən “Renessans Palace” bu baxımdan uğurlu layihədir. Sözügedən kompleks həyətinin sahəsi ilə Bakı şəhərindəki ən iri premium yaşayış kompleksidir (1.5 hektar). Xüsusi landşaft dizayna malik həyət avtomobil girişinə qapalı olması ilə sakinlərinin rahat istirahətini ən üst səviyyədə nəzərdə tutub. Burada qaçıq zolağı, idman meydançaları olan meşətipli həyət salınır. Binalar Naxçıvan istehsalı aqlay və Ukrayna istehsalı qranitlə üzlənərək xüsusi dizaynı ilə təmtəraq nümunəsi təsiri bağışlayır. Bundan əlavə, “Renessans Palace”ın ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zalı, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək.