Azərbaycan və Peru yeni saziş imzalaya bilər


Kriminal 30 Avq 2018 13:25:00 258 0

Azərbaycan və Peru yeni saziş imzalaya bilər

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevlə Perunun ölkəmizdəki səfiri xanım Mariya Milaqros Kastanyon Seoane arasında görüş keçirilib.

Son.az xəbər verir ki, Mədəniyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq, qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı, həmçinin Azərbaycan və Peru Mədəniyyət nazirlikləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmaya hazır olduğu bildirilib, səfir sazişin imzalanması məqsədilə Ə.Qarayevi Peruya səfərə dəvət edib.

Nazir, öz növbəsində Peru tərəfini cari ilin 25-26 oktyabr tarixlərində keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu və 2019-cu ildə ölkəmizdə təşkil olunacaq V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.