Ağ Evin hüquq məsələləri üzrə müşaviri vəzifəsini tərk edir


Dünya 30 Avq 2018 12:35:00 252 0

Ağ Evin hüquq məsələləri üzrə müşaviri vəzifəsini tərk edir

Respublikaçı prezident Donald Trampın müttəfiqləri tərəfindən xüsusi prokurorla əməkdaşlığına görə tənqid edilən Ağ Ev müşaviri Don Makqan yaxın zamanlarda vəzifəsini tərk edəcək.

"Ağ Evin müşaviri Don Makqan hakim Brett Kavanonun Birləşmiş Ştatların Ali Məhkəməsinə ümid edirik təsdiq edilməsindən az sonra payızda öz vəzifəsindən gedəcək. Mən Donla uzun zaman işləmişəm və onun işindən həqiqətən razıyam", - Tramp Twitter səhifəsində yazıb.

Don Makqan Ağ Evin hüquq məsələləri üzrə müşaviri vəzifəsindən öncə 2016-cı ildə Trampın prezidentlik kampaniyası dövrü onun vəkili olub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki,Makqan Brett Kavanonu gələn həftənin çərşənbə günü təyinatla bağlı başlayacaq dinləmələrdən öncə qanunvericilərlə tanış edib. Ağ Ev Senatın Kavanonu Ali Məhkəmənin oktyabrın 1-də başlayacaq yeni sessiyasından öncə məhkəmənin hakimi postuna nominasiyasını vaxtında təsdiq edəcəyinə ümid bəsləyir.

Ağ Ev müşavirinin vəzifəsindən getməsi ilə bağlı çərşənbə günü edilən elan Tramp və Makqan arasında mövcud gərginliklərin mövcud olduğuna dair xəbərlərin verildiyi vaxt edilir. Makqanın xüsusi prokuror Robert Müllerin komandasının təhqiqatçıları tərəfindən dəfələrlə dindirildiyi bildirilir. Müllerin rəhbərlik etdiyi təhqiqat Trampın seçki kampaniyası və Rusiya arasında əlaqələrin olub-olmadığını araşdırır.

Verilən məlumatlara görə, Makqan Ağ Evdə Trampın gördüyü işlərlə bağlı səhnəarxası hadisələr haqda suallara cavablar verib. Onun vəkili bildirib ki, Makqanın ifadələrində prezidentin yanlışlığa yol verdiyi nəzərdə tutulmayıb.

50 yaşlı Makqan Trampın 19 aylıq prezidentliyi müddətində administrasiyanı tərk edən çoxsaylı rəsmilərdən sonuncusudur.

White House Counsel Don McGahn will be leaving his position in the fall, shortly after the confirmation (hopefully) of Judge Brett Kavanaugh to the United States Supreme Court. I have worked with Don for a long time and truly appreciate his service!

- Donald J. Trump (@realDonaldTrump) 29 августа 2018 г.