Real hücumçusunu geri qaytardı


İdman 30 Avq 2018 12:29:00 285 0

Real hücumçusunu geri qaytardı

Real sabiq futbolçusu Mariano Diası geri qaytarıb. Goal.az xəbər verir ki, klub Lyon-a bonuslarla birlikdə 33 milyon avro ödəyəcək. Lyon Diasın növbəti satışından 15 faiz pay alacaq.

Ötən mövsümün əvvəlində 7 milyon avroya Lyon-a transfer olunan 25 yaşlı futbolçu, Liqa 1 təmsilçisi ilə çıxdığı 45 oyunda 21 qola imza atıb. 2011-ci ildə Real-ın akademiyasına qəbul olan Dias, 2016/2017 mövsümündə əsas komandaya cəlb edilmişdi. O, “kral klubu” ilə çıxdığı 8 qarşılaşmada 1 qola yadda qalıb.