Azərbaycan ərazilərində atəş açan erməni qumarbaz barəsində cinayət işi başlanılıb, “İnterpol”a müraciət göndərilib
Siyasət 30 Avq 2018 12:01:39 290 0
Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Bu barədə“Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Həmin fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.
Den Bilzeryan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti üzrə beynəlxalq axtarışa elan olunması üçün müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ABŞ vətəndaşı olanDen Bilzeryanqumarbaz kimi tanınır.