Neftçi-nin ev oyunlarını keçirdiyi stadionda təmir başa çatıb


İdman 30 Avq 2018 12:10:00 359 0

Neftçi-nin ev oyunlarını keçirdiyi stadionda təmir başa çatıb

AFFA 8-ci km stadionunun futbol meydanında apardığı təmir işlərini başa vurub. Goal.az xəbər verir ki, Bakının 8-ci km qəsəbəsindəki stadionun yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

2012-ci ildə fəaliyyətə başlamış 8-ci km stadionu 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır. Stadionun ot örtüyündə təmir işlərinə may ayından başlanılıb.