2 yaşlı oğlan gündə 40 siqaret çəkir VİDEO FOTO


Digərləri 30 Avq 2018 11:56:00 715 0

2 yaşlı oğlan gündə 40 siqaret çəkir  VİDEO  FOTO

İndoneziyada yaşayan 2 yaşlı Rapi Pamunkas gündə təxminən 40 siqaret çəkir.

O, siqaret çəkməyə iyun ayında alışıb və həmin alışqanlıq indi əməlli-başlı mərəzə çevrilib.

Son.az AsiaOne-a istinadən bildirir ki, balaca Rapi çoxlu siqaret çəkməmiş yata bilmir. Onun çaş-baş qalan, nə edəcəklərini bilməyən valideynləri isə Rapini sakitləşdirmək üçün siqaret alırlar.

Rapi Ananda Pamunkasın siqaretə tutqusu bu ilin iyun ayında, valideynlərinin bazardakı piştaxtasının yanında başlanıb.

Pamunkaslar ailəsi İndoneziyanın Qərbi Yava əyalətindəki Sukabumi şəhərində yaşayırlar.

Anası Maryati Pamunkasın bazarda başı alverə qarışdığından balaca Rapi ətrafda oynayır, tapdığı siqaret kötüklərini yığırdı.

Bir neçə gün ərzində Rapi siqaretdən asılı vəziyyətə düşüb. O, bazardakı adamlara yaxınlaşaraq siqaret istəməyə başlayıb.

Böyüklər də bunu gülməli, əyləncəli vəziyyət sayaraq Rapiyə siqaretlər verirdilər.


Xəbərə aid fotolar