Manchester United Marsiala görə təklifləri rədd edib


İdman 30 Avq 2018 11:49:00 218 0

Manchester United Marsiala görə təklifləri rədd edib

Yeni mövsümdə işləri qaydasında getməyən Manchester United Antoni Marsialı komandada saxlamaq fikrindədir. Goal.az xəbər verir ki, "manikunianlar" fransız forvarda görə Atletico və Milan-ın təkliflərini geri çevirib. İngiltərə mətbuatı United-in Marsiala 5 illik yeni müqavilə təklif edəcəyini yazır. Futbolçunun özü klubunu dəyişmək istəyir. Onun baş məşqçi Joze Mourinyo ilə münasibətləri qaydasında deyil. Marsial portuqal mütəxəssisin onu az oynatmasından narazıdır.