Osmanlı sultanı 20 min cəsəddən qorxub geri çəkildi...


Digərləri 30 Avq 2018 11:00:00 261 0

Osmanlı sultanı 20 min cəsəddən qorxub geri çəkildi...

Tarixdə bu gün - 1400-cü il avqustun 30-da Osmanlı İmperiyasının kabusu olan Drakul nəslinin banisi, tarixin ən qəddar şəxsiyyətlərindən biri II Vlad Drakul dünyaya gəlib.

Son.az 100 mindən çox Osmanlı əsgərini qətlə yetirən Drakul nəsli haqda bir sıra tarixi faktları oxuculara təqdim edir.

II Vlad Drakul haqda günümüzə çatan dolğun məlumatlar azdır. Amma onun oğlu III Vlad, həmçinin Vlad Sepeş kimi tanınan və ya sadəcə Drakula kimi məşhurlaşan Valaxiya knyazı haqda dəhşətli faktlar məlumdur. 

Haqqında 200-dən çox film çəkilən Vlad Sepeş Drakula 3 dəfə knyazlığın başçısı olub: 1448-ci ildə, 1456-dan 1462-ci ilə qədər və 1476-cı ildə - Osmanlı imperiyasının Balkanları fəthi dövrünün başlanğıcı zamanı.

Drakula Osmanlı imperiyası ilə qanlı döyüşlərdə, pravoslav xristianlığının müdafiəçisi kimi Şərqi Avropanın bir çox ölkələrində qəhrəman personaj olaraq tarixə düşdü. Amma eyni zamanda tarixin ən qanlı fiqurlardan biri sayılır. Bu baxımdan, qəddar və qanlı sərkərdənin - III Vlad Drakulanın və ümumiyyətlə Drakul nəslinin həyatından ən maraqlı məlumatları oxucularla bölüşürük.

1. Kiçik vətən

III Vlad (Vlad Sepeş) Drakula öz nəslinin ən parlaq nümayəndəsi sayılır. O, 1431-ci ildə Transilvaniyanın Siqişoara şəhərində doğulub. Bu gün onun doğulduğu məkanda müasir restoran fəaliyyət göstərir və hər il bütün dünyadan minlərlə turist qəbul edir.

2. Əjdaha ordeni

"Drakula" sözü 30 avqust 1400-cü ildə doğulmuş II Vlad ilə bağlıdır. Onu "əjdaha" mənasını verən "drakul" adlandırırdılar. Osmanlı İmperiyası ilə mübarizə apardığına görə "Əjdaha Ordeni" ilə təltif olunmuşdu. Buna görə də onu "Drakul" adlandırırdılar. Başqa mənbələrə əsasən, o, həm də "iblis" ləqəbinə malik idi.

3. Ata moldaviyalı knyaz-xanım Vasilisa ilə evli idi

III Vladın anası haqqında dəqiq məlumat yoxdur. Güman edilir ki, atası moldaviyalı knyaz-xanm Vasilisa ilə evli idi. II Vladın bir neçə məşuqəsi var idi. Yəni III Vlad Sepeş Drakulanın əsl anasının kim olması dəqiq məlum deyil.

4. İki od arasında

Transilvaniya iki böyük imperiyanın sərhədində idi: Osmanlı və Avstriya Qabsburqları. Cavanlıqda əvvəlcə türklər, daha sonra isə macarlar onu həbsxanaya salırlar. Ata Drakulanı qətlə yetirirlər, onun böyük qardaşı Mirçanı isə bərk qızdırılmış dəmir payaları ilə kor etdikdən sonra diri-diri basdırırlar. Bu 2 dəhşətli fakt III Vlad Sepeş Drakulanın həddindən artıq amansız, qəddar və qanlı bir sərkərdəyə çevrilməsinə rəvac verdi.

5. XI Paleoloq Konstantin

Hesab edilir ki, gənc Drakula 1443-cü ildə bir müddət Konstantinopolda, XI Paleoloq Konstantinin sarayında yaşayır. Konstantin yunan folklorunun əfsanəvi personajı və Bizansın son imperatoru idi. Bəzi tarixçilər güman edirlər ki, Drakulanın Osmanlılara qarşı nifrəti əsasən orada inkişaf edib.

6. "Sepeş" ləqəbi