Britaniyada energetik içkilərə


Digərləri 30 Avq 2018 10:30:00 223 0

Britaniyada energetik içkilərə

Britaniyanın baş naziri Tereza Mey həkimlərin, medianın, siyasətçilərin və ictimai xadimlərin çoxsaylı müraciətlərindən sonra ölkədə energetik içkilərin satışına ciddi məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, yeni qərara görə, Britaniyada 18 yaşına çatmamış şəxslərə energetik içkilərin satışı tam yasaqlanacaq.

Britaniya Səhiyyə Nazirliyinin hesabatında bildirilir ki, energetik içkilərin tərkibində həddən ziyadə kofein və şəkər olduğundan insanda piylənməyə, sinir-əsəb sisteminin pozulmasına, depressiyaya, sonsuzluğa və yuxusuzluğa səbəb olur.

Gündə 1 banka energetik içki içən insanlarda mütləq halda mədə-bağırsaq sisteminin pozulması, ürək-damar sistemində çatışmazlıqlar, oynaqlarda qığırdaqların yumşalması olur.


Xəbərə aid fotolar