Lerikdəki zəlzələ nəticəsində 130 ev və


Digərləri 30 Avq 2018 10:15:00 267 0

Lerikdəki zəlzələ nəticəsində 130 ev və

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 130 evdə çatlar əmələ gəlib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı çatlar yaranan evlərə baxış keçirilib: "Hadisə nəticəsində 130 ev, 5 orta məktəb, 1 mədəniyyət evi və 1 xəstəxanada çatlar yaranıb. Məsələ ilə bağlı akt tərtib edilib və aidiyyəti qurumlara təqdim edilib".

H.Məlikov qeyd edib ki, yaranan çatlar təhlükəli olmadığından ailələr evlərindən təxliyə olunmayıb.

Bundan əvvəl 40-a yaxın evdə çatların yarandığı bildirilirdi.

Qeyd edək ki, avqustun 28-i, saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.