Samsung QLED TV fikrinizi yayındırmadan sadəcə seyrdən zövq alın


Digərləri 30 Avq 2018 10:00:00 327 0

Samsung QLED TV  fikrinizi yayındırmadan sadəcə seyrdən zövq alın

On il əvvəl bolluq evlərimizdə düzülmüş böyük qabaritli və bahalı mebel və texnika ilə ölçülürdü. Kiçik qonaq otaqlarında yerləşdirilimiş böyük stollar, stullar və həcmli divanlar üzündən hərəkat məhdudiyyətinin yaranması adi hal idi.  İndi isə artıq əşyalardan azad olaraq daha çox rahat və geniş məkanlara üstünlük veririk. İnteryerimizdə istifadə olunan hər bir əşya bir biri ilə ahəng yaradaraq zövq oxşayır. Texnika seçiminə gəldikdə isə onun texniki xüsusiyyətlərindən əlavə mütləq rənginə və dizaynına fikir veririk.

Samsung QLED televizorları əla təsvir ilə yanaşı istənilən interyerə uyğunlaşan universal minimalistik dizaynın təcəssümüdür. 2018-ci ilin QLED televizorlarını Samsung şirkəti məhz elə "See nothing else" sloqanı altında təqdim edib. Belə ki, şirkət mütəxəssisləri televizor izləyərkən heç bir məqamın sizi seyrdən yayındırmamalı olduğunu düşür.  QLED televizorlarının lakonik və sadə 360 dərəcəli dizaynı sayəsində izləyicilərin ekranda baş verənlərin ab-havasına dalmasını təmin edilir. Bu səbəbdən də Samsung televizorlarında istifadə olunan ideal metal korpus və "haşiyəsiz" dizayn - sərhədsiz görüntü deməkdir. Yeni televizorlar divara xüsusi No Gap bərkitməsi ilə asılır. Bu bərkitmə sayəsində divar və televizor arasında məsafə yaranmadığından, televizor səliqəli görünür və ümumi dizayna uyğunlaşaraq interyerə gözəllik qatır. Əlavə olaraq, hər bir televizor Samsung tərəfindən təkmilləşdirilmiş dayaq üzərində quraşdırıla bilər. Belə ki, bu dayaqlar sayəsində ətraf mühitin dizaynı ilə həmahənglik yaradan QLED TV hər bir evə yaraşacaq. Həmçinin, bu dayaqların köməyi ilə televizoru sizə uyğun olan yerdə quraşdırmaq və istənilən bucaqdan keyfiyyətli təsvir seyr etmək olar.