Qayınanasını öldürdü, arvadını isə ağır yaraladı


Digərləri 30 Avq 2018 09:42:42 206 0

Qayınanasını öldürdü, arvadını isə ağır yaraladı

Avqustun 29-da Bakının Nərimanov rayonunda qətl törədilib.

Son.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından "Sputnik-Azərbaycan"a bildiriblər ki, cinayətin qurbanı Ermənistanda doğulan 45 yaşlı Fəhmidə İsgəndərova olub.

Hadisə Nərimanov rayonunun 17-ci Polis Bölməsinin ərazisindəki Yarəliyev küçəsində yerləşən evdə baş verib. İlkin araşdırma zamanı müəyyən olunub ki, F.İsgəndərova qızı və kürəkəni Cəsarət İsgəndərov arasında yaranan ailə münaqişəsi zamanı öldürülüb.

Dönər satıcısı işləyən kişi evə sərxoş halda qayıdıb. O, münaqişə zamanı bıçaqla həyat yoldaşına hücum edib və ona zərbə vurub. Sonra isə qızını müdafiə etməyə çalışan F. İsgəndərovanı öldürüb.