Canəli Əkbərov şərt kəsdi: "Ariflə barışaram, amma..."


Kriminal 30 Avq 2018 09:38:12 253 0

Canəli Əkbərov şərt kəsdi: "Ariflə barışaram, amma..."

Xalq artisti Canəli Əkbərov küsülü həmkarı, ustad xanəndə Arif Babayevlə münasibətlərində yaranan buzu əritmək niyyətindədir

.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən Canəli Əkbərov sənət dostu ilə münasibətlərinə aydınlıq gətirib:

"Mən iddialı adam deyiləm. Dosta qarşı hər zaman hörmətlə davranmışam, çünki zamanında həmin dostları evimə gətirib, çörək vermişəm. Ariflə indi münasibətimiz yoxdur. Lakin o, mənə qarşı addım atarsa, barışaram".

Bununla belə, Canəli Əkbərov daha bir küsülü həmkarı, xalq artisti Mənsum İbrahimovla barışmayacağını bildirib: "Heç vaxt, həyatı boyu barışmaram. Mümkün deyil. Mənsum kimdir ki, mən ona doğru addım atım?"