LosAncelesdə Obama Bulvarı yaradılacaq


Dünya 30 Avq 2018 08:48:00 286 0

LosAncelesdə Obama Bulvarı yaradılacaq

Los-Ancelesin Şəhər Şurası (Kaliforniya ştatı) küçələrdən birinin ABŞ-ın 44-cü prezidenti Barak Obamanın şərəfinə adlandırmaq qərarına gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu şəhərin meri Erik Qarçetti "Tvitter" sosial şəbəkəsində yazıb.

Qarçetti qeyd edir ki, Şura Rodeo yolunun Obama Bulvarı adlandırılması üçün səs verib: "Biz şadıq ki, bu Los-Anceles sakinlərinə onlar şəhərdə səyahət edərkən prezident Barak Obamanın irsi haqqında bir xatirə olacaq".