İstənilən pəncərə müşahidə kamerası ola biləcək VİDEO


Digərləri 30 Avq 2018 08:11:00 247 0

İstənilən pəncərə müşahidə kamerası ola biləcək  VİDEO

Yuta Universitetində çalışan dosent Radjeş Menomun komandası adi şüşədən keçən işığın passiv ələ keçirilməsi texnologiyasını işləyib hazırlayıb. Məsələn, demək olar ki, istənilən pəncərənin arxasında maraqlı hadisələr baş verir, amma bunu qeydə almaq üçün pəncərənin qarşısında videokamera quraşdırmaq lazımdır. Yeni texnologiya bu məhdudiyyəti qismən aradan qaldırmağa imkan verir.   Son.az ICTnews-a istinadən bildirir ki, bunun üçün şüşədə səpələnmiş vəziyyətdə olan işığı ilkin təsvirə çevirəcək xüsusi alqoritm lazımdır, ancaq Menomun komandası məhz bu alqoritm üzərində işi başa çatdırıb. Yekunda əldə edilən təsvir başadüşüləndir. Yəni istənilən pəncərəni videokameraya çevirmək üçün sadə aksessuar  dəstini kompüter və ya başqa hesablama qurğusuna qoşmaq kifayətdir. Son.az