Yaponiyada uçan avtomobillər üçün qaydalar hazırlanır


Digərləri 30 Avq 2018 08:01:00 266 0

Yaponiyada uçan avtomobillər üçün qaydalar hazırlanır

Yaponiyada uçan avtomobillər üçün qaydalar tərtib edəcək və onları həyata keçirəcək qurum yaradılıb.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Airbus", "Boeing", "Toyota", "NEC", "Cartivator", "ANA Holdings", "Japan Airlines" və "Uber Technologies" daxil olmaqla 21 şirkət sözügedən quruma üzv daxil edilib. Həmin qurumun ilk iclası 29 avqust 2018-ci il tarixinə planlaşdırılıb.   2018-ci ilin iyulunda Yaponiya hökuməti ictimai uçan nəqliyyat vasitələrini aktiv şəkildə inkişaf etdirmək niyyətini açıqlayıb. Yaponiyada belə avtomobillərin ilk uçuşları 2020-ci ilə planlaşdırılıb. Uçan avtomobillər ilk öncə təbii fəlakətlər zamanı, həmçinin yolların sıradan çıxması zamanı yaşayış məntəqələri arasında hərəkət üçün tətbiq ediləcək.   Yaponiya hökuməti hesab edir ki, uçan avtomobil və hava taksilərindən istifadə yollarda tıxac problemini həll edəcək və sərnişindaşımanı sürətləndirməyə imkan verəcək.