Cinsi azlıq ona kömək etmək istəyən polisi başından vurdu FOTO


Digərləri 29 Avq 2018 23:43:00 348 0

Cinsi azlıq ona kömək etmək istəyən polisi başından vurdu  FOTO

31 yaşlı cinsi azlıq İ.Şahin polis əməkdaşına küt alətlə hücum etdi.

Son.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Türkiyənin Çukurova bölgəsində baş verib. 31 yaşlı İ.Şahin sevgilisi 31 yaşlı D.Təyyar ilə küçə ortasında dalaşıb. Yaxınlıqda olan polis dəstələri bir qadının kömək istədiyini eşidərək hadisə yerinə tərəf gəlib. Polis hadisə yerinə çatanda yerdə yatan birini görüb və ona kömək etmək üçün yanına yaxınlaşıb. Bu zaman İ.Şahin əlindəki küt alətlə polisin başından ağır zərbə vuraraq sevgilisi ilə hadisə yerindən qaçmağa başlaıyıb.

Polis əməkdaşı başından aldığı zərbənin təsirindən huşunu itirir. Ətrafdakı çoxsaylı polis dəstələri hər iki cinsi azlığı saxlayaraq polis bölməsinə aparır. İfadəsi alınan İ.Şahin polisi vurmadığını, ona hücum etmədiyini desə də, hər ikisi haqqında cinayət işi açılıb.


Xəbərə aid fotolar