Sağaldıcı xüsusiyyətə malik beş ot


Digərləri 29 Avq 2018 23:45:00 266 0

Sağaldıcı xüsusiyyətə malik beş ot

İylər hansı problemlərin qarşısını ala bilər?

Hələ qədim zamanlardan insanlar müxtəlif xəstəliklərin müalicəsində efir yağlarından istifadə edirdilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, günümüzdə alimlər də bu yağların sağaldıcı xüsusiyyətlərini elmi sübutlarla təsdiqləyirlər.

Adaçayı

Adaçayının faydaları hələ antik dövrlərdən insanlara məlum olub. O zamanlar adaçayının istifadəsi Aralıq dənizi sahilləri və Mərkəzi Asiyada daha geniş yayılmışdı. Belə ki, bu bitki antiseptik xüsusiyyətləri ilə spazmaların aradan qaldırılmasında istifadə edilib və bitkinin müalicəvi xüsusiyyətləri 2013-cü ildə aparılan tədqiqatlarda təsdiq olunub.

Bu bitkinin qoxusu və ondan hazırlanmış çay qadınlara xas qarın ağrıları zamanı kömək edir. Bununla yanaşı adaçayı stressi aradan qaldırır, hafizəni möhkəmləndirir.

Alimlərin fikrincə bu ot orqanizmi təmizləməklə yanaşı, qocalmağa və xərçəngə səbəb olan qeyri sabit molekul-sərbəst radikalların inkişafının qarşısını alan güclü antioksidantdır. Lakin onu da unutmaq olmaz ki, bəzən bir nahiyəyə faydalı olan digər hissəyə zərər verə bilər. Başqa sözlə desək hər bir şey qədərində daha gözəldir.

Digər aromatik yağlar kimi adaçayının da müəyyən istifadə qaydaları var. Onu gündə 15-60 dəqiqədən artıq olmamaq şərti ilə qəbul etmək olar. Əks halda bu ot əks təsir göstərə bilər. Bununla yanaşı həkimlər adaçayı qoxusunu hamilələrə məsləhət görmürlər. Belə ki, bu iy ana südünün çəkilməsinə səbəb ola bilər.

Nanə

Nanəni hələ qədim Misirdə istifadə etməyə başlamışdılar. Belə ki, burada efir yağlarının istehsalı yüksək səviyyədə idi. Onu da qeyd etmək lazımdır ki, nanə yarpaqları hələ eramızdan əvvəl 1000-ci ildə tikilmiş piramidalarda tapılıb.