Kimə əncir yemək olmaz?


Digərləri 29 Avq 2018 23:50:00 342 0

Kimə əncir yemək olmaz?

Ən qədim mədəni bitki olan əncirin faydaları saymaqla bitməz. Lakin bəzən hətta belə faydalı və müalicəvi meyvə də insana ziyan vura bilər.

Əncirin istehlakı bəzi xəstəliklər və pozulmalar zamanı arzuolunmaz sayılır.

Son.az saglamolun.az-a istinadən bu xəstəliklərin siyahısını təqdim edir:

- Əncirin şirin növləri şəkərli diabetin ağır formalarında ziyan vura bilər.

- Əncir turşəng turşusu ilə zəngin olduğundan podaqra xəstələri üçün faydalı sayılmır.

- Miqrendən əziyyət çəkirsinizsə, əncir yeməyin. Bəzi qida məhsulları, məsələn, pendir, şokolad və o cümlədən əncir miqren turmasının inkişafına təkan verə bilər.