Yanğınla nəticələnən yol qəzası baş verib


Digərləri 29 Avq 2018 23:27:00 216 0

Yanğınla nəticələnən yol qəzası baş verib

Bakı şəhərində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb və daha sonra alışıb.

Yanğın nəticəsində avtomobilin salonu və yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.